07 İyul 2026
Dünya futbolu

“Beşiktaş” polşalı hücumçu ilə danışıqlara başladı

“Beşiktaş” heyətini gücləndirmək üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Başakşəhər”in hücumçusu Kristof Pionteklə maraqlanır. “Beşiktaş” 29 yaşlı futbolçu ilə danışıqlara start verib.

Polşa millisinin hücumçusu 2026-cı il iyunun 30-na qədər “Başakşəhər”ə məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43