İdman

“Beşiktaş” prezidenti Fikrət Ormanın sevgilisi Ülviyyə ilə istirahəti – FOTOLAR

“Beşiktaş” klubunun prezidenti Fikrət Orman azərbaycanəsilli ukraynalı model Ülviyyə Alekslə sevgilidir. 
İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Ülviyyə ilə Bodrumdan Yunanıstana tətilə yola düşüb. Korint kanalından keçən cütlük selfi etməyi də unutmayıb. Fikrətlə Ülviyyənin eyni vaxtda İnstaqram hesablarından kanalın görüntüsünü paylaşması diqqət çəkib. 

4 ildir İstanbulda yaşayan Ülviyyənin “Beşiktaş” azarkeşi olduğu da üzə çıxıb. Bu səbəbdən Orman onu Bodrumdakı otelində qonaq edərək üzərində adı yazılan formasını bağışlayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43