Ölkə futbolu

“Kəpəz”in futbolçularından xəbər var

“Kəpəz”in futbolçusu Dedimar Ferreyranın zədəsi sağalıb. 

İdmanxeber.com-un məlumatına görə, ötən tur “Zirə” ilə oyunu buraxan braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə qoşulub.

Qəsəbə təmsilçisi ilə matçda soyuqladığından, meydana çıxa bilməyən Sergey Çernışevin də səhhətindəki problem aradan qalxıb. Yarımmüdafiəçi məşqlərdə iştirak edir.

“Zirə”yə qarşı görüşdə zədələnərək, əvəzlənən Viktor Oseqeylin durumu isə qismən yaxşılaşıb. Ayaq pəncəsi əzilən hücumçu indi bərpa prosesi keçir. Fərdi halda hazırlaşan futbolçunun qarşıdakı matçda oynayıb-oynamayacağına matç günü aydınlıq gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43