“Beşiktaş” “Real”ın sabiə futbolçusu Xames Rodrigezi transfer etməyi planlaşdırır.
İdmanxeber.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarrımmüdafiəçi hazırda çıxış etdiyi Yunanıstan “Olimpiakos”unda xoşbəxt deyil və klubun ona etdiyi yeni müqavilə təklifini rədd edib. Kolumbiyalı futbolçu İstanbul klubundan gələn təklifə müsbət yanaşır və yayda “Beşiktaş”da çıxış etmək istədiyi ilə bağlı menecerinə məlumat verib.
Qeyd edək ki, Rodrigez “Olimpiakos” forması ilə bu mövsüm 31 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

