“Feyenord”da çıxış edən Orkun Kökçü karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü cari mövsüm Niderlanddakı performansı ilə diqqətləri üzərinə çəkib. Onunla İngiltərənin 6 klubunun maraqlandığı bildirilir.
Bunların içərisində “Mançester Yunayted” və “Tottenhem” kimi komandalar da var.
Xatırladaq ki, Orkun Kökçü Azərbaycan millisində çıxış edən Ozan Can Kökçünün qardaşıdır.

