Nikolya Pepe Parisdə “Beşiktaş” üçün tibbi baxışdan keçir.
İdmanxeber.az “L’Equipe”ə istinadən xəbər verir ki, daha öncə Türkiyədə oynamaq istəmədiyini bildirən 28 yaşlı vinger Avropanın böyük liqalarında transfer pəncərəsi bağlandığı üçün artıq fikrini dəyişib.
Onun yaxın vaxtda İstanbul təmsilçisi ilə müqavilə bağlayacağı bildirilir.

