20 İyul 2026
Dünya futbolu

“Beşiktaş”ın 15 milyonu transfer üçün bəs etmədi

“Beşiktaş” isveçli hücumçu Brel Embolonu heyətinə qatmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu bu transfer üçün 15 milyon avro təzminat ödəməyə hazırdır. Ancaq oyunçunun “Beşiktaş”a keçidi baş tutmayacaq. 

Buna səbəb Embolonun Türkiyədə oynamağa müsbət yanaşmamasıdır.

28 yaşlı forvard ilə “Milan” da yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43