20 İyul 2026
Dünya futbolu

“Liverpul” yeni hücumçu alır

“Liverpul”  Frankfurt “Ayntraxt”ından Huqo Ekitikeni heyətinə cəlb etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu hücumçu ilə 6 illik müqavilə bağlayacaq. Futbolçu özü də “Liverpul”da oynamaq üçün bir neçə təklifi geri çevirib. 

Daha əvvəl “Ayntraxt” “Nyukasl”dan gələn 70 milyon funt sterlinqlik (81 milyon avro) təklifi rədd edib. Bu səbəbdən, “Liverpul”un təklifi daha yüksək məbləğdə olmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43