20 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin yeni mövsüm formaları satışa çıxarıldı

“Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanmış hər üç oyun formasını həm klubun “Neftçi Arena”da yerləşən rəsmi mağazasından (saat 11:00-dan 20:00-dək), həm də onlayn olaraq (http://store.neftchi.az) əldə etmək mümkündür.

İyulun 18-dən isə formalar “Volt” və “Umiko” onlayn satış platformalarında da olacaq.

Həm məşq geyimləri, həm də uşaqlar üçün nəzərdə tutulmuş formaların isə gələn həftədən etibarən satışa çıxarılması planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43