Fransa Liqasının 16-cı turu çərçivəsində bu axşam səfərdə "Lill"in qonağı olacaq "Marsel" klubu havalimanında qalmaqalla üzləşib. Bir qrup "Lill" azarkeşi sabiq futbolçuları Florian Tauvin və "Marsel" klubunun ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna əsəbləşən "Marsel"in baş məşqçisi Elie Paup azarkeşlə yumrq-təpik davasına çıxıb.