“Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “sarı-göylər” vaxtı ilə komandada çıxış etmiş Dario Junior Frederikonu heyətinə cəlb etmək niyyətindədir. Tərəflər arasında danışıqların davam etdiyi və yaxın günlərdə yekun nəticənin olacağı bildirilir.
Braziliyalı oyunçu Gəncə təmsilçisində forma geyinməyə müsbət yanaşır. 31 yaşlı futbolçu son olaraq Tanzaniyanın “Singida Yunayted” klubunda çıxış edib.
O, bir dönəm ölkəmizdə “Neftçi” klubunda da forma geyinib.

