14 İyun 2026
Ölkə futbolu

Bölgə klubu I Liqada oynamağa vəsiqə qazandı

Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda “Difai” və “Hypers Guba” komandaları arasında pley-off matçı baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, ötən mövsümü II Liqada 4-cü bitirən “Hypers Guba” ilə I Liqanın 9-cusu “Difai” (Ağsu) üz-üzə gəlib.

Görüş Ağsu klubunun qələbəsilə başa çatıb – 3:1. Bu nəticənin ardından “Difai” növbəti mövsüm də I Liqada oynamağa vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43