14 İyun 2026
Ölkə futbolu

Fransalı yarımmüdafiəçi “Zirə”də – RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətin məlumat yayıb. 

“Qartallar” Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. 

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalgris” və İsrailin “Hapoel”(Afula) klublarında çıxış edib. Konate son olaraq ölkəmizdə “Şamaxı”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43