03 İyul 2026
Dünya futbolu

Nelson Semedu “Mançester Yunayted”in hədəfində

“Vulverhempton”un müdafiəçisi Nelson Semedu karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. Oyunçunun klubu ilə müqaviləsi yayda başa çatacaq. Semedunun bu yay azad agent qismində “qırmızı şeytanlar”a qoşulmağa yaxın olduğunu vurğulayıb.

Qeyd edək ki, 2020-ci ildən “Vulverhempton”da olan portuqaliyalı futbolçu cari mövsüm bütün turnirlərdə 38 matça çıxaraq 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43