Ölkə futbolu

Bölgə klubu sabiq “Qarabağ”lı ilə danışıq aparır

“Qarabağ”ın sabiq futbolçusu Elvin Yunuszadə Azərbaycan I Liqasında çıxış edə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, “Karvan” təcrübəli futbolçu ilə danışıq aparır. Bölgə klubunun rəhbərliyi Yunuszadəyə təklifini göndərib. 

O, yaxın vaxtda “Karvan”a cavabını verəcək.

Xatırladaq ki, Elvin Yunuszadə mövsümün ilk yarısını “İrəvan”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43