Azərbaycan II Liqa təmsilçisi “Quba” baş məşqçi ilə yollarını ayırıb.
İdmanxeber.az-a verilən məlumata görə, Elvin Həsənov tutduğu postdan öz istəyi ilə gedib. O, son turda “Ağdaş”la edilən heç-heçənin (2:2) ardından belə bir qərar verib.
Mütəxəssisin yeni iş yeri də bəllidir. O, “Şəki Siti” ilə anlaşmaq üzrədir. Şəki təmsilçisi ötən gün baş məşqçi Bəhmən Həsənovla yollarını ayırdığını açıqlamışdı.
Onun yerinə qısa vaxtda E.Həsənov təyin ediləcək.

