İtaliya A Seriyasının 33-cü turunda “Roma” “Bolonya”nı qəbul edib.
İdmanxeber.az məlumat verir ki, əla mövsüm keçirən “Bolonya” bu görüşdə də qələbə qazanmağı bacarıb. Tyaqo Mottanın yetirmələri səfərdən 3:1 hesablı qələbəylə ayrılıb.
”Bolonya” bu nəticəylə xalını 62-yə yüksəldərək 4-cü yerdəki mövqeyini möhkəmləndirib. “Roma” isə 55 xalla 5-ci yerdədir.