09 İyul 2026
Dünya futbolu

“Borussiya”dan rəsmi təklif

“Ayaks”ın müdafiəçisi Edson Alvares karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Borussiya”dan rəsmi təklif alıb. Müdafiəçi yalnız Dortmund klubuna keçməkdə maraqlıdır.

Klublar arasında danışıqlar hələ başlamayıb. “Ayaks” 25 yaşlı meksikalı üçün 45-50 milyon avro istəyir.

Alvares 2019-cu ildən “Ayaks”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43