İdman

“Böyük Dəbilqə”: Cüdoçumuz gümüş medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turniri davam edir.

İdmanxeber.az məlumat verir ki, dünən Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulub.

Onlardan yalnız biri, 81 kiloqramda mübarizə aparan Zelim Tçkayev uğurlu nəticə göstərib.

Belə ki, 24 yaşlı cüdoçu həlledici görüşdə belçikalı Mattias Kasseyə məğlub olub. Bununla da o, fəxri kürsünün ikinci pilləsinə çıxmağı bacarıb.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) turniri medalsız başa vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43