Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yığma portuqaliyalı mütəxəssis Jorje Jesusa tapşırılıb. Məşqçinin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olub.
Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb. O, “Flamenqo” komandasına rəhbərlik edib.

