08 İyul 2026
Dünya futbolu

Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi

Braziliya millisinin sabiq üzvü Renato Auqusto karyerasını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə,  37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında açıqlama verib.

Son olaraq 2021-ci ildən “Fluminense”də çıxış edən Auqusto, daha əvvəl “Korintians”, “Beijing Guoan” və “Flamenqo”da da oynayıb.

O, Braziliya millisində 33 oyuna çıxaraq 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43