Dünya futbolu

Braziliyadan Vinisiusa dəstək

Braziliya A Seriyası “Flamenqo” – “Kruzeyro” matçında futbolçular Junior Vinisiusa dəstək olub.

İdmanxeber.az-ın məlumatına görə, matçın başlama fitindən sonra hər iki komandanın oyunçuları oturaraq Vinisiusa qarşı edilən irqçiliyi qınayıblar. Oyunçularla yanaşı, matçın hakimləri də bu aksiyaya qatılıb.

Xatırladaq ki, La Liqada ötən tur keçirilən “Valensiya” – “Real” oyununda Madrid təmsilçisinin üzvü Vinisiusa qarşı azarkeşlər irqçilik ediblər.

Bunun ardından onlara sərt reaksiya göstərən braziliyalı futbolçu birbaşa qırmızı vərəqə alaraq meydanda qovulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43