08 İyun 2026
Dünya futbolu

Braziliyalı futbolçu “Fənərbağça”dan ayrılır?

“Fənərbağça”nın braziliyalı yarımmüdafiəçisi Fred mövsüm sonunda klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun “Atletiko Mineyro”ya transfer olacağı iddia edilir. Tərəflər arasında danışıqların start götürdüyü bildirilir.

Əgər bu ayrılıq reallaşarsa, İstanbul nəhəngi “Bayer”in ispan futbolçusu Aleş Qarsiyanı heyətinə qatmağa çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43