21 İyun 2026
Ölkə futbolu

Bu xəbər “Qəbələ”ni sevindirə bilər: “Omoniya” iflas təhlükəsi ilə üz-üzə

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Omoniya”da ciddi böhran yaşanır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Kipr təmsilçisində rəhbər dəyişikliyi ola bilər. Belə ki, klubun rəhbəri Stelios Milonas federasiya ilə problem yaşayır. Hətta prezidentin istefaya yollana biləcəyi vurğulanıb.

Bu halda isə “Omoniya” klubu iflas edə bilər. Çünki Milonas 2018-ci ildə komandanı ciddi maliyyə problemlərindən xilas edib. O, heyətdəki bütün oyunçuların maaşlarını ödəyərək “Omoniya”nı ciddi cəzadan qurtarıb.

Hazırda Kipr təmsilçisinin klub rəhbərinə 16 milyon avro borcu var. Bu səbəbdən də Stelios vəzifədən getsə, həmin pulu klubdan tələb edəcək. Bu halda isə “Omoniya” fəaliyyətini dayandıra bilər.

Qarşıdakı günlərdə klubun prezident seçkilərinə gedəcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43