07 İyul 2026
Kateqoriyasız

Busketsin transfer qiyməti – fantastik rəqəm!

“Barselona” Serxio Busketslə yeni müqavilə barədə razılıq əldə edib. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

“Barsa” dayaq yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb. Mövcud anlaşma 2021-ci ilə qədər nəzərdə tutulub. Ancaq gələcəkdə müqavilə daha iki illiyə uzadıla bilər.

Razılaşmada Busketsin transfer qiyməti də göstərilib. 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komanda 200 milyon avrosundan keçməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43