08 İyul 2026
Ölkə futbolu

CAR klubu azərbaycanlı futbolçunu istəyir – 4 illik müqavilə, 17 min manat maaş

“Kəpəz”in futbolçusu Turan Manafov karyerasını ölkəxaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçuya Cənubi Afrika Respublikasından təklif var. Adı açıqlanmayan klublardan biri Manafovu transfer etmək istəyir.

CAR təmsilçisi müdafiəçiyə aylıq 17 min manatdan 4 illik müqavilə təklif edib. Ancaq futbolçu qərar verməkdə tələsmir.

O, karyerası ilə bağlı yekun qərarı mövsüm sonu verəcək.

Fərid Nəsibov 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43