Dünya futbolu

“Çelsi”dən 45 milyonluq transfer

“Çelsi” “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir.

İdmanxeber.com-un məlumatına görə, klublar arasında hərtərəfli razılıq əldə olunub.

Bu gün Londona yollanan fransalı futbolçu sabah tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti  5 illik olacaq.

“Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, T. Bakayoko ötən mövsüm “Monako”nun heyətində 32 matçda 2 qol  və 1 məhsuldar

ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43