Kristiano Ronaldo Səudiyyə Ərəbistan liqası haqqında danışıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu sözügedən çempionatda inkişaf olduğunu bildirib:
“Bizim liqaya yaxşı oyunçular gəlməyə davam eləyəcək. Bir ilin içində Ərəbistan çempionatı Niderland və Türkiyə liqasından daha güclü olacaq”.
Ronaldo ötən ilin dekabrında “Əl Nəsr”ə qoşulmuşdu. O, bu müddətdə 19 oyuna çıxıb və 14 qol vurub.

