03 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

Günün ilk matçı Qazaxıstanda “Astana” və Gürcüstanın “Dinamo” (Tbilisi) komandası arasında olub. 2 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul

18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) – 1:1
Qollar: 
Abat Aymbetov, 11 – Qabriel Siqua, 57

20:00. HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) – 1:0
Qol:
 Boyan Raduloviç, 3 (penalti)

21:00. “Haken” (İsveç) – TNS (Uels) – 3:1
Qollar:
 İbrahim Sadiq, 7. Mikkel Rüqor, 13. Even Hovland, 37 – Deklan Makmanus, 32

21:30. “Farul” (Rumıniya) – “Şerif” (Moldova) – 1:0
Qol:
 David Kiki, 56

22:30. “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) – 1:1
Qollar:
 Vladimir Vayss, 25 – Dominik Ştolts, 22 (penalti)

Qırmızı vərəqə: Yuray Kutska, 45+6 (“Slovan”)

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43