22 Sentyabr 2023
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray”ın oyunu canlı yayımlanacaq

UEFA Çempionlar Liqasının qrup mərəhləsində ilk görüşünə çıxacaq “Qalatasaray”ın oyunu ölkəmizdə canlı yayımlanacaq.

İdmanxebeber.az-ın məlumatına görə, azarkeşlər İstanbul klubunun Danimarka “Kopenhagen”ni qəbul etdiyi matçı “CBC Sport”dan izləyə biləcək. Görüş artıq telekanalın proqram siyahısına daxil edilib.

“Qalatasaray” – “Kopenhagen” oyunu sabah Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43