Dünyadan

Çempionlar Liqası: “Real”, “Çelsi”, “Yuventus”dan qələbə

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) Avstriyada “Zalsburq”un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb. Mahir bu görüşdə meydana çıxmayıb.

Günün qeydə alınan nəticəri ilə sizi tanış edirik:

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. “Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:0
Qol: N.Okafor,71 (pen.)

23:00. “Çelsi” (İngiltərə) – “Milan” (İtaliya) – 3:0
Qollar: Fofana, 24, Obameyanq, 56, R.Ceyms, 62

Xal durumu: “Zalsburq” – 5, “Çelsi” – 4, “Milan” – 4, “Dinamo” – 3

F qrupu

20:45. “Leypsiq” (Almaniya) – “Seltik” (Şotlandiya) – 3:1
Qol: 
Nkunku, 27, A.Silva, 64, 77 – Jota, 48

23:00. “Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:1
Qollar: Rodriqo, 13, Vinisius, 28 – Zubkov, 39

Xal durumu: “Real” – 9, “Şaxtyor” – 4, “Leypsiq” – 3, “Seltik” – 1

G qrupu

23:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 5:0
Qollar: Holann, 7, 32, Xoçolava, 39 (öz qapısına), Mahrez, 55 (pen.), J.Alvarez, 76

23:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 1:4
Qollar: 
En Nesiri, 51 – Gerreyru, 6, Bellinqem, 41, Adeyemi, 43, Brandt, 75

Xal durumu: “Mançester Siti” – 9, “Borussiya” – 6, “Kopenhagen” – 1, “Sevilya” – 1

H qrupu

23:00. “Yuventus” (İtaliya) – “Makkabi” (Hayfa, İsrail) – 3:1
Qollar: 
Rabyo, 35, 83, Vlahoviç, 50 – David, 75

23:00. “Benfika” (Portuqaliya) – PSJ (Fransa) – 1:1
Qollar: Danilo, 42 (öz qapısına) – Messi, 22

Xal durumu: PSJ – 7, “Benfika” – 7, “Yuventus” – 3, “Makkabi” – 0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43