Kateqoriyasız

Çempionlar Liqası və Avroliqanın finalına ev sahibliyi etmək istəyən ölkələr

UEFA 2021 Çempionlar liqasının finalını qəbul etmək üçün Rusiyanın Sankt-Peterburq və Almaniyanın Münhen şəhərləri namizədləyini irəli sürüb.

Avroliqanın finalına ev sahibliyi uğrunda Avstriya (Vyana, “Ernst Happel” stadionu), Gürcüstan (Tbilisi, “Boris Peytsadze” stadionu) və İspaniya (Sevilya şəhəri) mübarizə aparacaq.

UEFA Superkuboku oyununu keçirmək üçün isə əsas namizədlər bunlardır:

Belarus (Minsk, “Dinamo” stadionu), Finlandiya (Helsinki, “Olimpiya” stadionu), Şimali İrlandiya (Belfast, “Vindzor Park” stadionu), Ukrayna (Xarkov, “Metallist” stadionu).

Tərəflər 2019-cu il fevralın 15-nə kimi yekun sənədləri UEFA-ya təqdim etməlidir. Qurum isə öz qərarını gələn ilin may-iyun aylarında açıqlayacaq.

Xatırladaq ki, bu mövsüm Avropa Liqasının final oyunu 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43