Kateqoriyasız

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin bütün cütlükləri

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək.

“Pünik” (Ermənistan) – ÇFR (Rumıniya)
“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus)
“Ludoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro)
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)
“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan)

“Malmö” (İsveç) – İlkin mərhələnin qalibi
“Balikani” (Kosovo) – “Jalgiris” (Litva)
HIK (Finlandiya) – RFŞ (Latviya)
“Budye Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları)
TNS (Uels) – “Linfild” (Şimali İrlandiya)

“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)
“Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)
“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43