Kateqoriyasız

Gəncə stadionunda kreativ fikirlər

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və fondun əməkdaşları Gəncədə olublar.

İdmanxeber.az “Kəpəz”in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində şəhər stadionunda klubun icraçı direktoru İlqar Nadiri ilə görüş keçirilib. Premyer Liqada mübarizə aparacaq Gəncə təmsilçisinə sponsorların və ianələrin cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb. Bu planda həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Stadionda oyun gününün yadda qalan, maraqlı təşkili yönündə mövcud vəziyyətdə reallaşdırılması mümkun ola biləcək ideyalar nəzərdən keçirilib. Bu yöndə bir sıra kreativ fikirlər irəli sürülüb, qarşıda duran hədəflər müəyyən edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43