21 İyun 2026
Kateqoriyasız

Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Barselona”nın forvardı Luis Suares həftənin ən yaxşısı seçilib.

“Atletiko” (Madrid) ilə görüşdə (2:1) dubl etməklə komandasına qələbə qazandıran uruqvaylı futbolçu azarkeşlərin 51 faiz səsini toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yulian Draksler (“Volfsburq”) 19 faizlə ikinci, Artur Vidal (“Bavariya”) 16 faizlə üçüncü olub. PSJ-nin forvardı Zlatan İbrahimoviç isə 14 faizlə dördüncü yerlə kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43