Kateqoriyasız

Cüdoçularımızdan 2 “qızıl”, 1 “bürünc”

10 sentyabr tarixində usta cüdoçular arasında dünya çempionatında M4 və M5 yaş kateqoriyaları üzrə medalçılar bəlli olub.

İdmanxeber.az xəbər verir ki, çempionatın üçüncü günündə usta cüdoçularımız 2 qızıl və 1 bürünc medal qazanıb.

M4 kateqoriyasında Babək Hacıyev qızıl, Emil Hüseynov bürünc medal qazanıb. M5 kateqoriyasında isə Mübarizə Cəfərov çempion olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43