“Bizim Çumbinyoyla müqaviləmiz var. Sadəcə o, ağır əməliyyat keçirmişdi və hazırda reabilitasiyası ilə məşğuldu. Dəqiq olan bir şey var ki, Çumbinyo bu mövsüm “Qarabağ”a kömək edə bilməyəcək“.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın meneceri Asif Əsgərov Çumbinyo haqda danışarkən deyib.
Ağdam klubunun rəsmisi braziliyalı futbolçunun mövsümün sonunda komandada qalıb-qalmayacağına baş məşqçi Qurban Qurbanovun qərar verəcəyini bildirib:
“Çumbinyonun komandadan ayrılması gündəmdə deyil. Onunla bağlı yekun qərarı mövsümün sonunda Qurban Qurbanov verəcək”.

