İdman

Daha bir güləşçimiz Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləşçilərin U-20 Avropa çempionatı davam edir.

İdmanxeber.az xəbər verir ki, 5-cü gündə Azərbaycan daha iki medal qazanıb. Birgül Soltanova (62 kq) finalda almaniyalı Luisa Şelə 4:3 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Mərziyə Sadıxova isə bürünc medal uğrunda görüşdən qələbə ilə ayrılıb.

Bundan əvvəl qadın güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) bürünc mükafata yiyələnib. Hazırda Azərbaycan millisinin aktivində dörd qızıl, bir gümüş və dörd bürünc medal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43