18 İyul 2026
Dünya futbolu

Danimarkalı qapıçı Belçika klubunda

Kasper Şmeyxel bu gün “Anderlext”lə müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, danimarkalı qapıçı “Nitsa” ilə müqaviləsinə qarşılıqlı xitam veriləndən sonra azad agent olmuşdu. Onun Belçikalı klubu ilə müqaviləsi 1 illik olacaq.

Şmeyxel ötən il qoşulduğu “Nitsa”da 46 oyuna çıxıb və 13 oyunda qapısını qola bağlaya bilib.

Təcrübəli qolkiper 2016-ci ildə “Lester”lə Premyer Liqa çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43