05 İyun 2026
Ölkə futbolu

“Danışılmış oyunlara və qeyri-etik davranışlara görə cəzalar sərtləşdiriləcək”

AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri  danışılmış oyunlarda bağlı cəzaların sərtləşdiriləcəyini bildirib. Nəcəf futbolda xoşagəlməz halların qarşısını almaq lazım olduğunu bildirib

“Müxtəlif müzakirələr aparılır. Tətbiq olunan cəzalar daha da sərtləşdiriləcək. İnkişafa nail olmaq istəyiriksə, xoşagəlməz halların, danışılmış oyunların, qeyri-etik davranışların qarşısı sərt şəkildə alınacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43