Dünya futbolu

Darmadağın olduğumuz oyunu Qvardiola da izləyib

Yığma komandamızın Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduğu oyunu Avropanın skautları və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da izləyib.

Qvardiola bu görüşdə millisində debüt edən 20 yaşlı qolkiper Ariyanet Muriçin oyununa baxıb və razı qalıb.

Qeyd edək ki, Muric 2015-ci ildə “Mançester Siti”yə İsveçrənin “Qrasshoppers” klubundan keçib. O, bu il Kosovo yığmasını seçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43