15 İyul 2026
Dünya futbolu

Di Mariya “Benfika” ilə anlaşdı

Anxel Di Mariya Benfika ilə bir illik müqavilə imzalamaq üçün razılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər bütün detalları həll ediblər. 35 yaşlı argentinalı ilə danışıqlarda mühüm amil Di Mariyanın həmyerlisi  Nikolas Otamendi olub.

İyunun 6-da yarımmüdafiəçi “Yuventus”dan ayrıldığını açıqlayıb. Di Maria 2022-ci ildən klubda çıxış edir.

O, ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43