“Rəhbərliyin və məşqçilər heyətinin diqqətini, güvənini gördüyüm üçün “Turan Tovuz”u seçməyə qərar verdim. Ölkə xaricindən də təkliflərim var idi. Ancaq bu kluba keçməyimin daha uyğun olduğunu düşündüm”
Bu sözləri idmanxeber.az saytına Tovuz klubunun yeni transferi Fərid Nəbiyev komandasına keçidi barədə danışarkən deyib. 22 yaşlı futbolçu daha sonra belə davam edib:
“Turan Tovuz” böyük tarixə malik olan klubdur. Burada olmaq mənim üçün çox xoşdur. İlk hədəfim yeni klubumla uğurlar qazanmaq olacaq”.
Ötən mövsümü “Kəpəz”də keçirən Nəbiyev Gəncə təmsilçisi ilə heç bir danışığın olmadığını vurğulayıb:
“Kəpəz”də çox çətin mövsüm keçirdik. Qalmağım barədə hər hansı bir danışıq olmadı. Hamıya bəllidir ki, Gəncədə şərait yox səviyyəsindədir. Bu səbəbdən də bizim üçün ağır mövsüm idi. “Kəpəz”dən ayrılmağımda ən əsas səbəb şəraitsizlik oldu”.
O, “Kəpəz”in əzəli rəqibi “Turan Tovuz”a keçməsi səbəbindən gəncəli azarkeşlərin təpkisinə isə belə cavab verib:
“Futbolda belə hallar olur, normal qarşılayıram. “Kəpəz” azarkeşlərinə böyük hörmətim var”.

