Kateqoriyasız

“Dinamo” – “Qəbələ” oyunu israilli hakimlərə tapşırıldı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Dinamo” – “Qəbələ” matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Tiflisdə baş tutacaq oyun israilli hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi olacaq Roi Reinşreyberə həmyerliləri David Elias Biton və İdan Yarkoni köməklik edəcək. Zvi Levi isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 2-də Boris Payçadze adına “Dinamo” arenasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43