İdman

Dino Ndlovu ÇL-nin bombardirləri sırasında

“Qarabağ”ın futbolçusu Dino Ndlovu Çempionlar Liqasının bombardiləri siyahısına düşüb.

Çempionlar Liqasının II təsniaft mərhələsinin ilk oyunları çərçivəsində “Samtredia” ilə matçda dubla imza atan afrikalı hücumçu ən yaxşı bombardirlər siyahısında 2-5-ci pillələri bölüşdürür. Ancaq siyahıda olan Uroş Nenadoviç (“Alaşkert”, Ermənistan), Selvi Vatnxamar (“Vikinqur Qota”, Farer adaları) 2 qolu 2 oyuna, Jorje Pereyra (“Xibernians”, Malta) isə 3 matça vurub. Onlardan fərqli olaraq isə Ndlovu cəmi 1 oyuna dubl edib.

Qeyd edək ki, hazırda ÇL-in ən yaxşı bombardiri Skott Kuiqlidir (“Nyu Seunts”, Uels). O, 3 oyuna 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43