Dünya futbolu

Droqbadan “Qalatasaray” açıqlaması: qalır, yoxsa gedir?

"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqbanın qışda komandadan ayrılacağı iddia olunur.

Klubun rəsmi televiziya kanalına danışan fildişi sahilli hücumçu deyib ki, müqaviləsi başa çatana qədər heç bir yerə getməyəcək: "May ayına qədər buradayam. Əgər klubum da istəyərsə, sözləşməm bitənə qədər burada çıxış tmək istəyərəm. "Qalatasaray"a minnətdaram. Çünki mənim yenidən yüksək səviyyədə oynamağıma şərait yaratdı. Burada xoşbəxtəm. Gələcəkdə nələrin olacağı barədə danışmaq isə çox tezdir".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43