İdman

Dünya çempionatı: Daha 3 güləşçimiz mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqraddakı güləş üzrə dünya çempionatı davam edir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq. Yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq), qadınların yarışında Tatyana Omelçenko (62 kq) qüvvəsini sınayacaq.

Məmmədov 1/8 finalda Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo) cütünün qalibi ilə, Şəriəti isə 1/16 finalda Hindistan təmsilçisi Satiş Satişlə üz-üzə gələcək. Omelçenko isə təsnifat mərhələsində Vietnamdan olan Ti Nquyenlə görüşəcək.

Yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcəklər. Lakin güləşçilərimizin rəqiblərinin adına hələlik aydınlıq gəlməyib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43