27 İyul 2026
Dünya futbolu

Dünyanın ən yaxşı qapıçısı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, seçim 1987-ci ildən bəri olan oyunçular arasında olub. Siyahıda birinci sırada İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon yer alıb. O, 357 xalla ilk pillədə qərarlaşıb.

Siyahıda İker Kasilyas ikinci (260), Manuel Noyer (219) üçüncü, Petr Çex (218) isə dördüncü sırada yer alıb. “The Best” mükafatlandırma mərasimində ötən ilin ən yaxşı qapıçısı seçilən Emiliano Martines isə  ilk “10-luğ”a daxil edilməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43