“Canni De Byazi kifayət qədər təcrübəli mütəxəssisdir. Bu qərarı verməmişdən öncə digər qapıçılara da baxıb. Yekunda Yusif İmanovu seçib. Onun təcrübəsiz olmasına gəlincə, bəzən gənc oyunçular da yaxşı performans göstərir. Bu qərara təəccüblənmirəm. Yusif milliyə layiq qapıçıdır”.
Bu sözləri idmanxeber.az saytına “Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov komandanın gənc qolkiperi Yusif İmanovun milliyə dəvət ediəcəyinə münasibət bildirərkən deyib. O, bunun İmanov üçün yaxşı bir şans olduğunu açıqlayıb:

“Cahangir Həsənzadə də 22 yaşında Slovakiya millisinə qarşı oynamışdı. Həmin görüşdə yaxşı nəticə oldu, yığmamız 2:0 hesabı ilə qalib gəldi. Keçən il baş məşqçi Murad Musayev də Yusifə belə şans verdi. O da özünü gəstərdi. Düzdür, klubla milli səviyyəsi eyni deyil. Ancaq hər məşqçi üçün gənc qapıçıya şans vermək riskli qərardır. Çünki hər cür nəticə ola bilər. Əgər Yusif oynasa, böyük bir təcrübə olacaq. Bu, gələcəkdə millimiz üçün də faydalı ola bilər”.
Xatırladaq ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi “Sabah”ın 20 yaşlı qapıçısı Yusif İmanovu milliyə dəvət edəcəyini açıqlayıb.
Həsən Quluzadə

