Dünya futbolu

“El Klasiko”da üç qol, dramatik sonluq

İspaniya La Liqanın 26-cı turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşündə “Barselona” doğma meydanda “Real”la üz-üzə gəlib. Ev sahibi komanda oyuna sürətli başlasa da, hesabı qonaqlar açıb.

Qarşılaşmanın 9-cu dəqiqəsində Arauxo avtoqola imza ataraq Madrid təmsilçisini hesabda önə keçirib. Bunun ardından təzyiqlərini artıran Kataloniya klubu cavab qolunu 45-ci dəqiqədə vurub. Serxio Roberto adını tabloya yazdıraraq hesabı bərabərlişdirib.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə isə qapılara bir qol vurub. Kessie oyuna əlavə olunmuş dəqiqələrdə (90+2) fərqlənərək “Barselona”ya qələbə qazandırıb – 2:1.

Bu qələbənin ardından Kataloniya təmsilçisi xallarının sayını 68-ə çatdıraraq liderliyini möhkəmləndirib. “Real” isə 56 xalla ikinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43